"ATƏT PA-nın sessiyasında Azərbaycanın maraqları təmin olundu” - Bahar Muradova

  12 İyul 2019    Oxunub : 771
 "ATƏT PA-nın sessiyasında Azərbaycanın maraqları təmin olundu” - Bahar Muradova
"ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən Yekun Deklarasiyada Azərbaycanın təklifləri nəzərə alınıb. Bizim maraqlarımız orada təmin olundu”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Bahar Muradova deyib.

O qeyd edib ki, müzakirə olunan bəyannamənənin 22-ci maddəsində yer alan müddəa neçə gün idi ki, müzakirələrə səbəb olub:

“Bu, Ermənistanda çox ciddi qarşıdurmalara, müzakirələrə səbəb olub. Həmin maddədə nəzərdə tutulur ki, ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisində olan konfliktlərə eyni prizmadan yanaşılmalıdır. Bilirsiniz ki, bundan əvvəl 3 ölkənin adı başqa bir maddədə çəkilirdi. Azərbaycandakı mövcud problemə yalnız Dağlıq Qarabağ konflikti adı ilə başqa maddədə münasibət bildirilirdi. İrəli atılan ən vacib və güclü addım məhz bu məsələlərin bir maddədə toplanması və vahid prizmadan dəyərləndirilməsi idi. ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin tozunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova da konfliktləri hərtərəfli və dayanıqlı, sülh əldə etmək məqsədilə konkret nəticələrə yönəlik müzakirə və danışıqları akitvləşdirməyi tövsiyə edir”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: ATƏTPA   Bahar-Muradova