Gürcüstan- Rusiya sərhəddində dava

Gürcüstan- Rusiya sərhəddində dava
  11 İyul 2019    Oxunub:2212
Gürcüstanın Rusiya ilə sərhəddində dava olub, erməni sürücünün əli sınıb.
Azvision.az erməni KİV- ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Gürcüstandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, dava Rusiya sərhəddinə yaxın qəsəbə ərazisində məişət zəmnində Ermənistana gedən iki yük maşını sürücüsü ilə naməlum şəxslər arasında baş verib.

Hadisə zamanı erməni sürücüdən birinin əli sınıb. Ona tibbi yardım göstərilib və yük maşını Ermənistana aparılıb.

Ermənistan səfirliyi insidentlə bağlı Gürcüstan DİN-ə məlumat verib.

Şahanə Rəhimli

Azvision.az





Teqlər: Gürcüstan   Ermənistan  





Xəbər lenti