Cəbhədə növbəti erməni təxribatı

Cəbhədə növbəti erməni təxribatı
  30 Noyabr 2013    Oxunub:941
Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edirlər.
Azərbaycan Müdafiə Nazirliyin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Ağdam rayonunun Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti