Gürcüstan prezidenti Rusiyaya müraciət etdi

   Gürcüstan prezidenti Rusiyaya müraciət etdi
  09 İyul 2019    Oxunub:3719
Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya hökumətinə müraciət edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, prezident müraciətində Rusiyanı eskalasiyaya yol verməməyə çağırıb.

"Qonşu ölkə “radikal qüvvə” adlandırdıqlarının təbliğatına cavab verib onların dağıdıcı məqsədlərinə yardımçı olarsa, bu paradoks olacaq”,-deyə S. Zurabişvili bildirib.

O, Rusiyada yaşayan gürcülərə də müraciət edib.

“Mən sizin prezidentinizəm və sizim əmin- amanlığınız bizim üçün vacibdir. Mən bilirəm ki, hökumət indiki vəziyyətdə sülh və əmin amanlıq şəraitində yaşamanız üçün hər şeyi edir”.

Zurabişvili Gürcüstanda yaşayan ruslara da çağırış ünvanlayıb.

“Sonda bizim qonaqlarımıza da müraciət edirəm. Gürcüstan tarixən dözümlülük rəmzi olub. Biz bu ənənənin pozulmasına imkan verməyəcəyik. Ölkənin ən gərgin anında Gürcüstanda yaşayan xarici vətəndaşlara və ya xarici qonaqlara təhlükə yarada biləcək insident baş verməyib”.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: Gürcüstan   Rusiya  





Xəbər lenti