Əli Babacan AKP-dən getdi

Əli Babacan AKP-dən getdi
  08 İyul 2019    Oxunub:1978
Türkiyənin tanınmış siyasətçisi, Türkiyə Böyük Millət Məclisinin deputatı Əli Babacan Ədalət və İnkişaf Partiyası (AKP) üzvlüyündən istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Məlumumata görə, Ə.Babacan artıq istefa ərizəsini partiyaya təqdim edib.

Qeyd edək ki, Əli Babacanın sabiq prezident Abdullah Güllə birlikdə payızda yeni partiya yaradaraq yeni siyasi fəaliyyətə başlayacaqları iddia olunur.

Kənan Məmmədov
Azvision.az


Teqlər: AKP   Əli-Babacan  





Xəbər lenti