İndoneziyada güclü zəlzələ: Sunami gözlənilir

   İndoneziyada  güclü zəlzələ: Sunami gözlənilir
  08 İyul 2019    Oxunub:2623
İndoneziyada 7.1 bal gücündə zəlzələ olub.
Azvision.az xəbər verir ki, bu barədə Amerika Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Molukka dənizində, yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ Terante şəhərinin sakinlərinin təşvişinə səbəb olub. Bununla yanaşı İndoneziya hökuməti rəsmiləri sunami təhlükəsinə qarşı əhaliyə xəbərdarlıq edib.

Qeyd edək ki, hələlik dağıntı və insan tələfatı barədə məlumat verilmir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Zəlzələ   Sunami  





Xəbər lenti