Sabiq baş nazir il yarımdır aliment ödəmir - Pulu yoxdur

Sabiq baş nazir il yarımdır aliment ödəmir -  Pulu yoxdur
  05 İyul 2019    Oxunub:2189
Polşanın sabiq baş naziri Kazımej Marçinkeviç aliment ödəməməkdə günahlandırılır.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Varşava şəhər prokurorluğundan məlumat verilib. Bildirilib ki, 2005-2006-cı illərdə baş nazir olmuş Marçinkeviç Polşa milli valyutası ilə hər ay 4 min zlota (min dollardan bir az çox ) aliment ödəməlidir. Lakin o, il yarımdır keçmiş xanımına amilent vermir. Eks baş nazir buna görə özünü təqsirli hesab etmir.
Məhkəmə icraçıları yığılan borcu məcburi şəkildə ala bilməyiblər. Çünki siyasətçinin bank hesabında pul yoxdur. Onun xanımı isə iddai edir ki, Marçinkeviç gəlirlərini gizlədir.

Qeyd edək ki, Polşada alimentlə bağlı qaydalar sərtləşdirilib. Hətta aliment ödəməyənləri iki ilədək həbs gözləyir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Polşa   Aliment  





Xəbər lenti