Səudiyyə Ərəbistanının ilk qadın səfiri

Səudiyyə Ərəbistanının ilk qadın səfiri
  04 İyul 2019    Oxunub:2398
Səudiyyə Ərəbistanının ilk qadın səfiri Rima Bint Bəndər Əl-Səud Vaşinqtonda diplomatik fəaliyyətə başlayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə səfir "Twitter" səhifəsində məlumat paylaşıb.

Xanım diplomat yazıb: “Vaşinqtonda etimadnaməmi təqdim etməkdən böyük qürur hissi keçirdim. ABŞ paytaxtında öz həyatımın yeni səhifəsini açıram”.

Qeyd edək ki, Kral Salman bin Əbdül Əziz aprelin 16-da Şahzadə Rima Bint Bəndər Əl-Səudun ABŞ-a səfir təyin edilməsi haqqında sərəncam imzalayıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Səudiyyə   Səfir   Diplomat  





Xəbər lenti