Türkiyədə avtobus qəzası: 15 nəfər yaralanıb

Türkiyədə avtobus qəzası:  15 nəfər yaralanıb
  04 İyul 2019    Oxunub:2030
Türkiyənin Şırnak vilayətinin Cizrə rayonundan İstanbula gedən sərnişin avtobusu qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Qəza zamanı 15 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. İlkin məlumata əsasən, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.



Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Qəza   Avtobus  





Xəbər lenti