Putin 5 ildən sonra hansı işlə məşğul olacaq?

   Putin 5 ildən sonra hansı işlə məşğul olacaq?
  04 İyul 2019    Oxunub:1921
Rusiya prezidenti Vladimir Putin İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində 2024-cü ildə səlahiyyət müddəti başa çatdıqdan sonra nə işlə məşğul olacağını açıqlayıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Putin bu barədə danışmağın hələ tez olduğunu deyib.

“Qarşıda hələ 5 il gərgin iş var. Dünyanın belə sürətli dinamikasında indidən proqnoz vermək çətindir. İnanın, hazırda olduğum yerdə görməli çox işlərim var”.

Qeyd edək ki, Putinin ikinci 6 illik prezidentlik müddəti 2024-cü ildə baş çatacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti