İsraildəki etirazlarda 111 polis xəsarət alıb

İsraildəki etirazlarda 111 polis xəsarət alıb
  03 İyul 2019    Oxunub:1600
İsraildə etiraz edən Efiopiya icmasının üzvləri ilə toqquşmalarda ən azı 111 polis əməkdaşı müxtəlif bədən xəsarətləri alıb.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı "The Times of Israel" nəşri yayıb.

Qeyd olunub ki, baş verən toqquşmalarda xəsarət alan 47 polis əməkdaşı, 26 etirazçı, 9 yerli sakin və bir yanğınsöndürən müxtəlif tibb müəssisələrinə aparılıb.

Hər iki tərəfdən zərər çəkənlərin ümumi sayı məlum deyil. İğtişaşlar nəticəsində 136 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: İsrail   İğtişaş  





Xəbər lenti