Pakistanda aeroporta silahlı hücum edilib

Pakistanda aeroporta silahlı hücum edilib
  03 İyul 2019    Oxunub:1414
Pakistanın Pəncab əyalətində yerləşən Lahorda beynəlxalq hava limanında silahlı insident olub.
Azvision.az xəbər verir ki, aeroporta daxil olan naməlum kişi oradakı insanlara atəş açmağa başlayıb. Hadisə zamanı iki nəfər ölüb, bir nəfər ağır yaralanıb. Cinayətkar hadisə yerində zərərsizləşdirilib.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar avtomobillərin hava limanı ərazisinə girişi məhdudlaşdırılıb. Əraziyə əlavə polis qüvvələri cəlb olunub.

Şahanə Rəhimli
Azvision.az



Teqlər:





Xəbər lenti