Əliyev, Putin və Ruhaninin görüş vaxtı açıqlandı

Əliyev, Putin və Ruhaninin görüş vaxtı açıqlandı
  02 İyul 2019    Oxunub:2080
Rusiya, İran və Azərbaycan prezidentlərinin bu ilin avqust ayının 14-də görüşü gözlənilənir.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov məlumat verib.

“Yeni format hazırlanıb - Rusiya, İran və Azərbaycan. Belə başa düşürəm ki, görüş 14 avqustda Rusiyada baş tutacaq”, - deyə Umaxanov İran parlamentinin birinci vitse-spikeri Məsud Pezeşkianla görüşündə bildirib.
Məlumata əsasən 3 ölkənin dövlət başçılarının görüşü Soçidə baş tutacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Azərbaycan   Rusiya   Prezident   Görüş   Soçi  





Xəbər lenti