Liderlərin “G-20” sammiti başa çatdı
Bəyannamədə dayanıqlı və tarazlı iqtisadi artıma, Ümumdünya Ticarət Təşkilatındakı islahatlara dəstək ifadə olunub, iqlim dəyişikliyinin fəsadları ilə bağlı tədbir görməyin zəruriliyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Yaponiyada təşkil olunan sammitdə ABŞ, Avropa İttifaqı, Argentina, Avstraliya, Almaniya, Böyük Britaniya, Kanada, Koreya Respublikası, Çin, Fransa, İndoneziya, İtaliya, Hindistan, Meksika, Cənubi Afrika Respublikası, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Yaponiya ilə yanaşı, İspaniya, Sinqapur, Tailand, Misir, Seneqal, Çili, Vyetnam, Niderland, həmçinin BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq qurumlar iştirak ediblər.
Şahanə Rəhimli
Azvision.az