Putin liderlərin məclisinə özü ilə termos gətirdi

Putin liderlərin məclisinə özü ilə termos gətirdi
  29 İyun 2019    Oxunub:3358
Rusiya prezidenti Vladimir Putin Yaponiyanın Osaka şəhərində G-20 liderlərinin şərəfinə verilən ziyafətdə hamının diqqətini özünə çəkib. Belə ki, o, məclisə özü ilə birlikdə termosunu da gətirib.
Azvision.az xəbər verir ki, Putinin bu addımı maraqla qarşılanıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Putin həmişə bu termosdan çay içir.

Onun sözlərinə görə, dövlət başçısı tez-tez müxtəlif tədbirlərdə suyu isti saxlayan termosdan istifadə edir.

Şam yeməyi zamanı Putin termosu Donald Trampın qədəhi ilə toqquşdurub. Trampın qədəhində kola olduğu bildirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Putin   Rusiya   Prezident   Tramp   Osaka  





Xəbər lenti