Zelenskidən Ukrayna xalqına maraqlı təklif

Zelenskidən Ukrayna xalqına maraqlı təklif
  28 İyun 2019    Oxunub:1772
Ukrayna prezidenti Vladimir Zelenski ölkə vətəndaşlarını Konstitusiya günü münasibəti ilə təbrik edib və onları flaşmob keçirməyə çağırıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, hər bir ukraynalı öz konstitusiyasını oxumalıdır. Vətəndaşlar konstitusiya gününü istirahət üçün deyil, qanunları bildikləri və hörmət etdikləri üçün sevməlidirlər.

Zelenski vətəndaşlara Ukrayna konstitusiyasından ən sevdikləri maddə ilə bağlı qısa videoçarx hazırlamağı təklif edib və özü 3-cü maddəni seçib.

Orada bildirilir ki, “İnsanın həyatı və sağlamlığı, şərəf və ləyaqəti, toxunulmazlığı və təhlükəsizliyi Ukraynada ən ali sosial dəyər kimi tanınır".

Ukrayna prezidenti, həmçinin videoları “mənim sevimli maddəm” həştaqı ilə paylaşmağı tövsiyə edib, deputatların bu aksiyada iştirakını vacib saymayıb.

“Çünki onların ən sevimli maddəsi 80-ci - toxunulmazlıqla bağlıdır”,-deyə Zelenski qeyd edib.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Zelenski   Ukrayna  





Xəbər lenti