Putinlə Trampın görüşü başa çatdı - VİDEO (Yenilənib)

Putinlə Trampın görüşü başa çatdı -  VİDEO (Yenilənib)
  28 İyun 2019    Oxunub:3514
Rusiya prezidenti Vladimir Putinlə amerkalı həmkarı Donald Tramp arasında növbəti görüş olub.

Azvision.az xəbər verir ki, liderlərin görüşü Yaponiyanın Osaka şəhərində G-20 sammiti çərçivəsində keçirilib. ABŞ və Rusiya prezidentlərinin görüşü saat yarım davam edib.
Görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ABŞ-ın Dövlət katibi Mayk Pompeo, ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və digər şəxslər iştirak ediblər. Hələlik danışıqların detalları məlum deyil.



Azvision.az


Teqlər: Putin   Trump   Yaponiya  





Xəbər lenti