Braziliya prezidentinin təyyarəsində narkotik tapıldı

Braziliya prezidentinin təyyarəsində narkotik tapıldı
  27 İyun 2019    Oxunub:2240
İspaniyada Braziliya prezidenti Jair Bolsonarun daşınması üçün istifadə olunan təyarrənin ekipaj üzvü həbs olunub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Osakada G-20 sammitində iştirak etmək üçün Yaponiyaya gedən prezidentin ehtiyat təyyarəsi kimi uçub. İyunun 25-də təyyarə İspaniyada müvəqqəti dayanıb. Ekipaj üzvlərinin yoxlanışı zamanı 38 yaşlı hərbçi həbs olunub.

Onun yol çantasında 39 kiloqram kokain aşkarlanıb. 37 bağlamadan ibarət olan narkotik vasitəni gizlətməyə cəhd etsələr də, alınmayıb.

Braziliya Müdafiə Nazirliyi narkotik maddə ticarəti ilə məşğul olmaqda şübhəli bilinən zabitin həbsini təsdiqləyib. Bildirilib ki, istintaq hərbi polis tərəfindən aparılır.

Prezident isə "Tvitter" səhifəsində onun komandasının baş verənlərlə heç bir əlaqəsinin olmadığını bəyan edib. O, məsuliyyət daşıyanların ciddi şəkildə cəzalandırılmasını tələb edib.

"Biz ölkəmizə qarşı edilən bu cür hörmətsizliyə dözməyəcəyik!", - deyə prezident yazıb.

"El Pais" nəşri yazır ki, Braziliya Hava Qüvvələrinin şəxsi heyətinin öz mövqelərindən narkotika daşınması üçün istifadə etmələri birinci dəfə deyil. Bundan əvvəl də, bu cür hadisələr qeydə alınmayıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Braziliya   Prezident  





Xəbər lenti