AKP-dən məğlubiyyət etirafı: “Seçkinin nəticəsi ortadadır”

  25 İyun 2019    Oxunub : 1811
 AKP-dən məğlubiyyət etirafı: “Seçkinin nəticəsi ortadadır”
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrini yaxın günlərdə müzakirəyə çıxaracaq.
Azvision.az xəbər verir ki, bunu partiyanın sözçüsü Ömər Çəlik deyib.

“Seçkidə nəticə ortadadır. Nəticəni hörmətlə qarşılayırıq. İmamoğlunu təbrik edirik. İstanbula xeyirli olsun. Demokratiyamız qələbə çaldı. Son seçkidə milli iradə özünü açıq şəkildə göstərdi”, - AKP rəsmisi bildirib.

Qeyd edək ki, iyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədrliyinə keçirilən təkrar seçkidə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu (54.21%) rəqibi Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım (44.99%) üzərində qələbə qazanıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: AKP   İmamoğlu   Seçki