Robert Koçaryan yenidən həbs olundu

  25 İyun 2019    Oxunub : 2734
 Robert Koçaryan yenidən həbs olundu
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan yenidən həbs edilib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Apellyasiya məhkəməsi qərar çıxarıb.

Bundan başqa, Koçaryanın işi yenidən baxılması üçün əvvəlki instansiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, mayın 18-də Koçaryan girov qarşılığında zaminə buraxılmışdı. Eks-prezident 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın konstitusiya quruluşunu devirməkdə təqsirli bilinir.

Azvision.az

Teqlər: Ermənistan