Gürcüstan parlamentinə yeni sədr seçildi

Gürcüstan parlamentinə yeni sədr seçildi
  25 İyun 2019    Oxunub:1974
Arçil Talakvadze böyük səs çoxluğu ilə Gürcüstan parlamentinin yeni sədri seçilib.
Azvision.az xəbər verir ki, 101 deputatdan 94-ü onun spikerliyini dəstəkləyib. Parlamentdə təmsil olunan müxalif “Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat” partiyalarından olan deputatlar səsvermədə iştirak etməyiblər.

A.Talakvadzenin 36 yaşı var. O, 2016-cı ildən hakim "Gürcü Arzusu" Partiyasının deputatı və parlament çoxluğunun lideridir. A.Talakvadze 2012-2014-cü illərdə Gürcüstanın penitensiar sistem və probasiya nazirinin müavini, 2014-2016-cı illərdə isə daxili işlər nazirinin müavini vəzifələrində çalışıb.

Xatırladaq ki, Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze iyunun 21-də vəzifəsindən istefa verib.

Azvision.az



Teqlər: Seçki   Parlament   Spiker  





Xəbər lenti