Etirazlara görə Saakaşvili ittiham olundu

  25 İyun 2019    Oxunub : 965
 Etirazlara görə Saakaşvili ittiham olundu
Gürcüstan hökümətində keçmiş prezident Mixail Saakaşvili tərəfindən idarə olunan güclər rus turistlərin ölkəyə gəlməməsi nəticəsində yaranan maliyyə itkilərinə görə günahkardır.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadze “İzvestia” nəşrinə müsahibəsində deyib. Sabiq spiker hesab edir ki, Saakaşvili öz məqsədinə çatmaq üçün “daxili qarşıdurmaya” gedə bilər.

“Saakaşvili yalnız öz oyununu oynamır. O, ABŞ kəşfiyyatının maraqlarına uyğun hərəkət edir”.

Burcanadze əlavə edib ki, ölkənin hazırkı rəhbərliyi Qərb mütəffiqləri ilə əlaqələrin pozulmaması üçün Rusiya ilə dialoqa girməkdən çəkinir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Gürcüstan   Saakaşvili