XİN Zelenski barədə xəbəri yalanladı

  24 İyun 2019    Oxunub : 920
XİN Zelenski barədə xəbəri yalanladı
Yaponiya Xarici İşlər Nazirliyinin Ukrayna prezidenti Vladimir Zelenskinin Osakada baş tutacaq "Böyük İyirmilik” (“G-20”) ölkələri liderlərinin sammitində iştirakı ilə bağlı məlumatı yoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiya XİN-in yaydığı məlumatda deyilir.

“Ukrayna prezidentinin adı dəvət olunanların siyahısında yoxdur. XİN və sammitə hazırlığı həyata keçirən məsul şəxslər Ukrayna prezidentinin iştirakı barədə məlumatlı deyillər”.

Bir müddət öncə Ukraynanın XİN rəhbəri Pavel Klimkin bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenksinin Osakadakı "G- 20" sammitində görüşünə hazırlıq gedir.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə bu məlumatı təkzib edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Putin   Zelenski