Ərdoğan İmamoğlunu “Twitter”də təbrik etdi - FOTO

  23 İyun 2019    Oxunub : 2204
Ərdoğan İmamoğlunu “Twitter”də təbrik etdi - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində qələbə qazanması münasibətilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunu təbrik edib.
Azvision.az xəbər verir ki, Ərdoğan bununla bağlı “Twitter” hesabında yazıb.



Qeyd edək ki, bu gün İstanbulda keçirilən bələdiyyə seçkilərin hazırki nəticələrinə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 54 faiz səslə liderdir. Onun əsas rəqibi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım isə 45,11 faiz səs toplayıb. Hazırda səslərin sayılması davam edir.

Azvision.az

Teqlər: AKP   Ərdoğan   İmamoğlu