“Günün sonunda hər şey gözəl olacaq” - Əkrəm İmamoğlu

  23 İyun 2019    Oxunub : 1939
“Günün sonunda hər şey gözəl olacaq” - Əkrəm İmamoğlu
İstanbul Böyükşəhər bələdiyyəsi sədrliyinə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu səs verib.

Azvision.az xəbər verir ki, İmamoğlu seçkidən yaxşı nəticələr gözlədiyini söyləyib.
İmamoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımın “Əgər bir istanbullu qardaşımıza, rəqiblərə qarşı hər hansı bir səhv hərəkət, haqsızlıq etmişiksə, halalıq istəyirəm” deməsinə də münasibət bildirib:

“Əlbəttə, hər kəs haqqını halal etsin. Amma bundan sonra eyni səhvləri etməyək”.

Daha sonra İmamoğlu qeyd edib: “Millət olaraq bizə yaşadılan bu hüquqsuz prosesi təmir etmə saatlarını yaşayırıq. Həm demokratiyamız, həm İstanbul adına, həm də məmləkətimizdəki bütün seçkilərin legitimliyi üçün bu gün xalqımız vicdanla qərar verəcək. Günün sonunda hər şey gözəl olacaq. Çox gözəl bir nəticə gözləyirəm”.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Türkiyə   Seçki   AKP   CHP   İmamoğlu   Yıldırım