İstanbulda tarixi gün: Səsvermə başa çatdı - Yenilənib

  23 İyun 2019    Oxunub : 6916
 İstanbulda tarixi gün: Səsvermə başa çatdı - Yenilənib
İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində səs vermə başa çatıb

Azvision.az xəbər verir ki, hazırda bülletenlərin sayılmasına başlanılıb. Səsvermənin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntusunun qeydə alınmadığı bildirilir.
***
(09:40)

Bu gün İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçki keçirilir.

Azvision.az xəbər verir ki, səsvermə Türkiyə vaxtilə saat 08:00-da başlayıb 17.00-dək (Bakı vaxtı ilə 09.00-18.00) davam edəcək.



İstanbul üzrə seçkilərdə 10 milyon 560 min 963 vətəndaş səsvermə hüququna malikdir. Seçkilərlə əlaqədar İstanbulun 39 rayonunda 31342 məntəqə yaradılıb.

Bələdiyyə sədrliyi uğrunda əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu arasında gedir.

Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən Əkrəm İmamoğlu qalib elan edilmişdi. Lakin AKP-nin şikayəti əsasında səslər yenidən hesablandı. Daha sonra Türkiyə Ali Seçki Komissiyası İstanbul üzrə bələdiyyə seçkilərinin nəticələrini ləğv etdi və təkrar seçkilər təyin edildi.

Azvision.az

Teqlər: Türkiyə   İstanbul   Seçki