Putin Gürcüstana aviadaşımaları qadağan etdi

 Putin Gürcüstana aviadaşımaları qadağan etdi
  22 İyun 2019    Oxunub:2036
Rusiya prezidenti Vladimir Putin Gürcüstana aviadaşımaları qadağan edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Putin bununla bağlı müvafiq fərman imzalayıb.

Prezident, hökümətə Gürcüstan ərazisində müvəqqəti olan Rusiya vətəndaşlarının geri qaytarılmasını tapşırıb.

Bundan başqa, turizm agentliklərinə qadağanın qüvvədə olduğu müddətdə turistləri Rusiyadan Gürcüstan ərazisinə daşımamaq tövsiyə edilib.

Azvision.az



Teqlər: Rusiya   Putin  





Xəbər lenti