Gürcü spiker Azərbaycanı təcili tərk etdi

Gürcü spiker Azərbaycanı təcili tərk etdi
  21 İyun 2019    Oxunub:2753
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərini yarımçıq saxlayıb.

Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən "İnterpressnews"-a məlumat verilib. Bildirilib ki, Kobaxidze ilə birlikdə nümayəndə heyətinin üzvüləri də geri qaydıb.
Qeyd edək ki, ötən gün Gürcüstan parlamentinin qarşısında minlər sakinin iştirakı ilə etiraz aksiyası keçirilib. Nümayişçilər rusiyalı deputatların Gürcüstana səfərinə etirazlarını bildirib, buna görə spikerin istefasını tələb ediblər. Məlum hadisə ilə əlaqədar İrakli Kobaxidze iyunun 22-dək planlaşdırdığı Bakı səfərini yarımçıq qoyub.

Şahanə Rəhimli
Azvision.az





Teqlər: Gürcüstan   Spiker   Səfər   Bakı  





Xəbər lenti