Etirazlarda 60-dan çox insan yaralanıb - Tbilisidə son vəziyyət
Azvision.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə müxtəlif tibb müəssisələrindən məlumatlar verilib.
44 yaralı isə Universitet xəstəxanasına aparılıb. Hazırda 18 nəfər orada həkim nəzarətindədir, 3 xəstə əməliyyat olunub, rezin güllələrdən yaralanan digərlər etirazçılar isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Daha öncə bildirilmişdi ki, yaralılardan 39 nəfəri polis əməkdaşıdır. Həmçinin yaralılar arasında jurnalistlərin də olduğu deyilir. Hazırda Gürcüstanın Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi yaralılar və saxlanılan şəxslərin sayını dəqiqləşdirir.
Qeyd edək ki, dünən Rustaveli prospektində minlərlə insan rusiyalı deputatların Gürcüstana səfərinə etiraz edərək aksiya keçirib. Hökumətin istefasını tələb edən aksiya iştirakçıları ilə polislər arasında qarşıdurma yaşanıb. Polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
Şahanə Rəhimli
Azvision.az