Tbilisidə vəziyyət gərginləşir: Polis silaha əl atdı - (VİDEO)
Azvision.az xəbər verir ki, paytaxt Tbilisidə parlament binasının qarşısında toplaşan nümayişçilərlə polislər arasında qarşıdurma yaşanıb.
Etirazların qarşısını almağa çalışan polis əməkdaşları nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hələlik xəsarət alanların dəqiq sayı məlum deyil. Aksiyaya qoşulanların sayının getdikcə artdığı deyilir.
Qeyd edək ki, rusiyalı deputatların Gürcüstana səfərindən hiddətlənən sakinlər hökumətin istefasını tələb edirlər. Ölkənin DİN rəhbəri zərurət yaranarsa, istefa verməyə hazır olduğunu bildirib.
Azvision.az
Teqlər: Gürcüstan Etiraz Aksiya