Gürcüstanda etirazlar: Spikerin Bakı səfəri davam edir

      Gürcüstanda etirazlar:    Spikerin Bakı səfəri davam edir
  21 İyun 2019    Oxunub:3009
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Bakıda rəsmi səfəri davam edir. Onun səfər proqramına heç bir dəyişiklik edilməyib.

Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan parlamenti rəsmi açıqlama yayıb.
Bildirilib ki, Kobaxidzenin sabah Azərbaycan Prezidenti ilə görüşü planlaşdırılır. O, iyunun 22-də səfərini başa vuraraq Gürcüstana qayıdacaq.

Qeyd edək ki, bu gün Gürcüstanda parlament binası önündə etiraz aksiyası keçirilir. Etirazçılar Kobaxidzenin istefasını, eləcə də növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq ünvanlayaraq parlament ərazisini tərk etmələrini tələb edib. Əks halda qanun çərçivəsində etirazların qarşısının alınacağı bildirilib.

Azvision.az


Teqlər: Gürcüstan   Etiraz  





Xəbər lenti