Rus deputat gürcü spikerin yerində oturdu, qalmaqal düşdü - VİDEO

 Rus deputat gürcü spikerin yerində oturdu, qalmaqal düşdü -  VİDEO
  20 İyun 2019    Oxunub:4710
Gürcüstan parlamentində keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının 26-cı toplantısında qalmaqal yaşanıb.

Azvision.az xəbər verir ki, Gürcüstanın müxalif deputatları Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun spiker masasında əyləşməsinə etirazlarını bildiriblər. Bundan hiddətlənən gürcü deputatar iclasın davam etməsinə mane olublar.
"Vahid milli hərəkət" və "Avropa Gürcüstanı - azadlıq uğrunda hərakat" partiyasının üzvləri fasilə zamanı Qavrilovun masası ətrafına yığışıb, onun sədrlik etməsinə imkan verməyiblər.

Müxalifət təmsilçiləri baş verənlərə görə Gürcüstan hakimiyyətini ittiham edib. Parlamentdə yüksək səslə bildiriblər ki, hakimiyyət Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini dəstəkləyən rus deputatı ölkəyə buraxmamalı idi.



Deputatların bəziləri Rusiya nümayəndə heyətinin üzvləri barədə qeyri-etik ifadələr işlədiblər. Etirazlar paralel olaraq parlamentin binası qarşısında davam edib.

Daha sonra hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının nümayəndələri açıqlama verərək Qavrilovun sədr kürsüsündə oturmasının səhv olduğunu etiraf edibər. Buna görə deputatlardan üzr istənilib.

Təxirə salınan tədbirin başqa bir məkanda davam etdirilməsi planlaşdırılır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   Deputat   Spiker  





Xəbər lenti