Avtobuslarla bağlı yeni tələblər qoyuldu

  20 İyun 2019    Oxunub : 1908
Avtobuslarla bağlı yeni tələblər qoyuldu
Hazırda ölkə üzrə avtonəqliyyat parkının 70 faizini yaş həddi 10 ildən artıq olan və müasir standartlara cavab verməyən avtonəqliyyat vasitələri təşkil edir.

Bu barədə Azvision.az -a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Qurum rəsmisi bildirib ki, ötən ilin statistik məlumatlarına əsasən respublikada avtonəqliyyat parkının 77 faizi yaş həddi 10 ildən artıq olan və istismar üçün müasir standartlara cavab verməyən avtonəqliyyat vasitələrindən ibarət idi.

"Ötən ilin avqust ayında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən daşıyıcılar qarşısında avtonəqliyyat parkının yenilənməsinə dair tələb qoyuldu və bu tələbə əsasən hazırda statistik rəqəm 70 faizə enib. Nəzərə alsaq ki, daşıyıcılar önündə qoyduğumuz tələb 5 illik müddəti ehtiva edir, növbəti 4 il ərzindən avtonəqliyyat vasitələrinin müasir standartlara cavab verəcək səviyyədə sərnişinlər üçün xidmətə təqdim edilməsi nəzərdə tutulub. Artıq son 1 ildə Quba, Şamaxı, Mingəçevir və Lənkəran şəhərlərində bu istiqamətdə tədbirlər görülüb".

Aytən Zəhra
Azvision.az

Teqlər: DANX