Təhlükəli terrorçu məhv edildi

  19 İyun 2019    Oxunub : 1049
Təhlükəli terrorçu məhv edildi
Türkiyənin Bitlis bölgəsində təhlükəli terrorçu məhv edilib.
Azvision.az xəbər verir ki, bölgədə keçirilən əməliyyat zamanı öldürülən "Ali Piling" ləqəbli Şerif Yakut Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub. Onun ələ keçirilməsi üçün Türkiyə hökuməti 4 milyon lirə pul mükafatı ayırmışdı.

Qeyd edilib ki, Şerif Yakut Diyarbəkir, Batman, Bitlis, Muş, Elazığ ve Bingöl bölgələrində bir sıra terror aktlarının törədilməsi üçün təlimatlar verib.

Azvision.az

Teqlər: Türkiyə