Merkel Zelenski ilə görüşdə özünü pis hiss edib - VİDEO

Merkel Zelenski ilə görüşdə özünü pis hiss edib -  VİDEO
  18 İyun 2019    Oxunub:4324
Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Valdimir Zelenski ilə Berlində görüşü zamanı qəfildən özünü pis hiss edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, kanslerin qəribə hərəkətləri mediyanın diqqətindən yayınmayıb.

Zelenski və Merkel qırmızı xalı üzərində dayanaraq ölkələrin himninin çalınmasını gözləyiblər. Bu zaman kansleri anlaşılmaz əsmə tutub. Özünü sakitləşdirməyə çalışan Merkel tez- tez əllərinini hərəkət etdirib. Bildirilir ki, Merkelin səhhəti istiyə görə pisləşə bilər, hazırda Berlində 30 dərəcə isti var.

Qeyd edək ki, Vladimir Zelenski Almaniyaya bir günlük ilk rəsmi səfərini edib.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Merkel   Zelenski  





Xəbər lenti