Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb

  17 İyun 2019    Oxunub : 860
Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb
Türkiyənin Bodrum şəhərinin Turgeutreis məhəlləsinin dəniz sahilində səhər 7 radələrində qeyri-qanuni yollarla miqrantları Yunan adalarına aparan qayıq batıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 nəfər sahil mühafizə xidməti tərəfindən xilas edilib.

İtkin düşən digər 9 miqrantın axtarışları davam edir. Qəzada ölən miqrantların olduğu qeyd edilib.

Azvision.az

Teqlər: Türkiyə   Miqrant