Binəli Yıldırımla Əkrəm İmamoğlunun debatı - VİDEO

Binəli Yıldırımla Əkrəm İmamoğlunun debatı -    VİDEO
  17 İyun 2019    Oxunub:6373
İstanbul bələdiyyəsi sədrliyinə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizəd olan Binəli Yıldırımla müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu arasında debat keçirilib.
Azvision.az xəbər verir ki, siyasətçilərin kritik debatı Lütfi Kırdar Konqres və Sərgi Sarayında təşkil olunub. Debatda hər iki tərəf sualları cavablandırıb.



Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən Əkrəm İmamoğlu qalib elan edilmişdi. Lakin AKP-nin şikayəti əsasında səslər yenidən hesablandı. Daha sonra Türkiyə Ali Seçki Komissiyası İstanbul üzrə bələdiyyə seçkilərinin nəticələrini ləğv etdi. Yeni qərara əsasən, İstanbulda təkrar seçkilər iyunun 23-də keçiriləcək.

Azvision.az


Teqlər: İstanbul   AKP   CHP  





Xəbər lenti