Azərbaycanlı qəza törətdi, məşhur futbolçunun xanımı öldü

 Azərbaycanlı qəza törətdi, məşhur futbolçunun xanımı öldü
  16 İyun 2019    Oxunub:3118
Dünən yerli vaxtla saat 20:05-də Ukraynanın Lvov şəhərində 44 yaşlı Azərbaycan vətəndaşı qəza törədib.

Azvision.az xəbər verir ki, bu barədə Lvov Vilayət Dövlət Administrasiyası məlumat yayıb.
Hadisə Qorskoy,5 ünvanında baş verib. Azərbaycanlı "Mersedes" markalı avtomobillə piyadanı vurub. Qəza nəticəsində ağır travma alan 77 yaşlı qadın hadisə yerinə ölüb.

Hüquq-mühafizə orqanlarından "Ukraїnskі Novini" nəşrinə verilən məlumata əsasən, ölən qadın Lvovun "Karpat" komandasının əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşı, "Olimp-L" uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq hakim Lyubov Rassıxinadır.

Azvision.az


Teqlər:





Xəbər lenti