Məşhur qəzet Trampın hədəfində: “Mətbuatımız korrupsiyalaşıb”

Məşhur qəzet Trampın hədəfində:    “Mətbuatımız korrupsiyalaşıb”
  16 İyun 2019    Oxunub:2771
“New York Times” qəzeti yenidən ABŞ prezidenti Donald Trampın tənqid hədəfinə tuş gəlib.

Azvision.az xəbər verir ki, Tramp nəşrin ABŞ-ın Rusiya elektirik şəbəkələrinə kiber hücum məqsədilə proqram təminatı hazırladığınına dair xəbərini sərt tənqid edib.
Bununla bağlı ABŞ prezidenti “Twitter” hesabında yazıb: “İnana bilirsiniz? Uğursuz “New York Times” ABŞ-ın Rusiyaya qarşı kiber hücumları genişləndirdiyinə dair xəbər yayımlayıb. Bu bir vaxtlar böyük olan qəzetin xəbər üçün etdiyi cinayətdir. Bu, həm də doğru xəbər deyil. Təəssüf ki, mətbuatımız korrupsiyalaşıb. Onlar zərrəcə nəticələrini düşünmədən hər şeyi edir və söyləyirlər. Bunlar həqiqi qorxaqlardır və şübhəsiz xalqın düşmənləridir".

Kənan Məmmədov
Azvision.az




Teqlər: Tramp   ABŞ   NewYorkTimes  





Xəbər lenti