G20 sammitinin iştirakçılarını 25 min polis qoruyacaq

G20 sammitinin iştirakçılarını 25 min polis qoruyacaq
  15 İyun 2019    Oxunub:1853
Osakada keçiriləcək G20 ölkələri liderlərinin sammiti zamanı təhlükəsizliyi təmin etmək və ictimai asayişi qorumaq üçün 25 mindən çox polis cəlb ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Osaka prefekturasının polis rəisi Takahisu İsiduya istinadən "Kiodo" məlumat yayıb. Bildirilir ki, sammitlə əlaqədar olaraq nəqliyyatın hərəkətində ciddi məhdudiyyətlər olacaq və şəhərin mərkəzi vağzalından bütün zibil qutuları yığışdırılacaq.

G20 liderlərinin sammiti zamanı Osakaya nümayəndə heyətlərinin üzvləri və jurnalistlər daxil olmaqla təqribən 30 min nəfərin gələcəyi gözlənilir.

Azvision.az



Teqlər: G20   Osaka  





Xəbər lenti