Xameneyi: "ABŞ İran rejimini dəyişə bilməz"

  Xameneyi:  "ABŞ İran rejimini dəyişə bilməz"
  13 İyun 2019    Oxunub:1620
“Trampı hansısa mesaj göndərməyə layiq insan hesab etmirəm. Məndə ona veriləcək cavab yoxdur”.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xameneyi Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşü zamanı deyib.

O, baş nazir Sindzo Abenin ABŞ prezidenti Donald Trampın mesajını çatdırmaq istəyini etirazla qarşılayıb.

"ABŞ İran rejimini dəyişə bilməz və əvvəlki ABŞ prezidentləri 40 il ərzində buna cəhd etsələr də alınmayıb".

Xameneyi Yaponiyanın baş nazirinin ABŞ dürüst danışıqlara hazırdır fikrinə müsbət yanaşmayıb.

"Biz bu sözə inanmırıq, çünki Tramp kimi bir şəxs tərəfindən dürüst danışıqların aparılması mümkün deyil”, -deyə o vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti