Kraliçanın villası 6 milyona satışa çıxarıldı

  Kraliçanın villası 6 milyona satışa çıxarıldı
  13 İyun 2019    Oxunub:1796
Böyük Britaniya Kraliçası II Elizabetin Maltadakı villası 6 milyon avroya satışa çıxarılıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, əmlak şirkətinin elanında Kraliçanın villası Palazzo arxitekturasında möhtəşəm yaşayış yeri kimi təsvir edilib və böyük tarixi olduğu qeyd olunub. Evin 1,560 kvadratmetr sahəsi var.

Qeyd edək ki, kraliça villada 1949-1951-ci illərdə həyat yoldaşı şahzadə Filip Maltada dəniz zabiti vəzifəsində çalışarkən evliliklərinin ilk illərində yaşayıb.

Azvision.az



Teqlər: Malta   Kraliça  





Xəbər lenti