Avropa ölkələrinə sazişsiz “Brexit” çağırışı

Avropa ölkələrinə sazişsiz “Brexit” çağırışı
  12 İyun 2019    Oxunub:1893
Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələri hökumətlərinə və biznes nümayəndələrinə Böyük Britaniyanın Aİ-dən çıxmaq üçün verilən vaxta – 31 oktyabr tarixinədək sazişsiz “Brexitə” hazırlıq görməyi tövsiyyə edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Britaniyanın Aİ-dən çıxmasına hazırlığı barədə bəyanatında deyilir.

“Avropa Komissiyası xatırladır ki, bütün ssenarilərə hazırlıq məsuliyyəti iqtisadi subyektlərin üzərinə düşür. Sazişinin olmaması ssenarisi hələ də qalır, ona görə də Avropa Komissiyası bütün oyunçuları Britaniyanın Aİ-dən çıxmasının təxirə salınması ilə bağlı yaranan əlavə vaxtından istifadə etməyə və belə bir ssenari üçün bütün lazımlı tədbirlərin görülməsinə çağırır".

Avropa Konmissiyası xatırladıb ki, Brüssel ilə London arasında sazişin olmaması Böyük Britaniyanın Aİ-dən çıxan zaman keçid dövrü olmadan İttifaq üçün kənar dövlətə çevrilməsini, Avropa normalarının heç birinin bu ölkəyə tətbiq olunmayacağını nəzərdə tutur.

"Bu, vətəndaşlar və biznes üçün ciddi iqtisadi zərbə olacaq və Aİ-dən daha çox Britaniyaya ağır olacaq”, -deyə bəyanatda bildirilir.

Şahanə Rəhimli
Azvision.az




Teqlər:   Avropa-Komissiyası  





Xəbər lenti