Sarkisyan: “Heç bir suala cavab verməyəcəyəm”

     Sarkisyan:    “Heç bir suala cavab verməyəcəyəm”
  12 İyun 2019    Oxunub:1723
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan uzun müddətdən sonra ictimaiyyət arasında görünüb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan keçmiş baş nazir Andranik Markaryanın məzarını ziyarət edib. Onu İrəvanın eks-meri Taron Markaryan və Respublikaçılar partiyasının nümayəndələri müşayiət ediblər.

Mərasimdə iştirak edən jurnalistlər Sarkisyana suallar verməyə çalışsalar da, sabiq prezident həmişəki kimi müsahibədən boyun qaçırıb.

“Mən heç bir suala cavab verməyəcəyəm" ,- deyə Sarkisyan bildirib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Sarkisyan  





Xəbər lenti