Meşədə narkotik əkən 48 yaşlı kişi tutulub

Meşədə narkotik əkən 48 yaşlı kişi tutulub
  12 İyun 2019    Oxunub:1329
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Quşencə kəndindəki meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 7 ədəd çətənə bitkisi aşkar edilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, davam etdirilən tədbirlər zamanı orada narkotik tərkibli bitkiləri əkib-becərən şəxsin rayonun Quşencə kənd sakini, əvvəllər məhkum edilmiş 48 yaşlı Arif Qarayev olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı həmin çətənə bitkilərinin onun tərəfindən yetişdirildiyini etiraf edib.Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti