Rusiya 36 tondan çox pomidoru Azərbaycana geri qaytardı

   Rusiya 36 tondan çox pomidoru Azərbaycana geri qaytardı
  12 İyun 2019    Oxunub:2781
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol vilayəti üzrə İdarəsinin əməkdaşları Azərbaycandan gətirilmiş ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidoru geri qaytarıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, məhsullara baxış zamanı pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilib.

Qanunlara əsasən karantin məhsulların bölgəyə aparılmasına qadağa qoyulub, məhsul yükü göndərənlərə geri qaytarılıb.

Azvision.az



Teqlər: Rusiya   Pomidor  





Xəbər lenti