ABŞ-la Türkiyə arasında qətnamə qalmaqalı

  11 İyun 2019    Oxunub : 1389
ABŞ-la Türkiyə arasında qətnamə qalmaqalı
ABŞ Nümayəndələr Palatasının ötən gün qəbul etdiyi "ABŞ-Türkiyə müttəfiqliyi barədə narahatlıq" qətnaməsi Ankaranın yürütdüyü xarici siyasətə qarşı əsası olmayan hücumları özündə əks etdirir.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, qətnamə iki ölkə arasındakı etimada zərbə vurur.

Qeyd edək ki, Nümayəndələr Palatası rəsmi Ankara Rusiyadan “S-400” zenit-raket kompleksinin alışını dayandırmasa, Ağ evi Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Türkiyə tərəfi isə ABŞ-a xatırladıb ki, fikir ayrılıqlarını dost və müttəfiq ölkələr arasında həll etməyin ən yaxşı yolu dialoq və ölkənin suveren qərarlarına hörmətdir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ABŞ   Türkiyə   Qətnamə   S-400