Miqrantların gəmisi batıb, ölənlər var

Miqrantların gəmisi batıb, ölənlər var
  11 İyun 2019    Oxunub:1859
Yunanıstanda Lesbos adası yaxınlığında miqrantların olduğu gəmi batıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 07:00-da baş verib. Nəticədə 6 miqrant həlak olub, 58 nəfər isə xilas edilib. Yaralılar Mitilin limanına aparılıb.

Yunanıstanın sahil mühafizə gəmiləri və Avropa Sərhəd Mühafizəsi Agentliyi heyətinin gəmi və helikopterləri tərəfindən axtarışlar davam etdirilir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Miqrant   Yunanıstan   gəmi  





Xəbər lenti