ABŞ-ın kəşfiyyat təyyarəsi Rusiyaya yaxınlaşdı

ABŞ-ın kəşfiyyat təyyarəsi Rusiyaya yaxınlaşdı
  11 İyun 2019    Oxunub:1701
Rusiyanın "Su-27" qırıcısı ölkə sərhədi yaxınlığında uçuşlar həyata keçirən ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus "RC-135" və İsveçin kəşfiyyatçı təyyarələrini yaxalamaq üçün təcili havaya qaldırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya və kütləvi kommunikasiya departamenti məlumat yayıb.

Bildirib ki, iyunun 10-da ABŞ və İsveçə məxsus iki təyyarənin Rusiya sərhədlərinə yaxın Baltik dənizinin neytral suları üzərində uçduğu müəyyən edilib. Rusiyanın "Su-27" qırıcısı dərhal əməliyyata cəlb olunub. Bundan sonra kəşfiyyat xarakterli uçuşlar edən ABŞ və İsveç təyyarələri oradan uzaqlaşıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Rusiya   ABŞ   Hava  





Xəbər lenti