Rəsmi Tehran: "İranın "S-400"-ə ehtiyacı yoxdur"

  Rəsmi Tehran: "İranın "S-400"-ə ehtiyacı yoxdur"
  10 İyun 2019    Oxunub:1695
“Biz Rusiyaya "S-400" zenit raket kompleksi almaqla bağlı müraciət etməmişik”
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu İran XİN-in nümayəndəsi Abbas Musəvi deyib.

O bildirib ki, rəsmi Tehran Rusiyaya "S-400" uzaq və orta mənzilli zenit raket sistemlərinin tədarükü ilə bağlı müraciət etməyib.

A.Musəvinin sözlərinə görə, hazırda İran tərəfinin bu kompleksə ehtiyacı yoxdur.

Qeyd edək ki, son günlər Rusiyanın İrana "S-400" zenit raket kompleksi satmaqdan imtina etməsi barədə məlumatlar yayılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   S-400   Rusiya  





Xəbər lenti